AZ

İran oktyabrın 3-dək bütün reysləri ləğv edib

Yaxın Şərqdə yaranmış gərgin vəziyyətlə əlaqədar İran daxilində həyata keçirilən bütün uçuşlar oktyabrın 3-ü səhər saatlarına qədər təxirə salınıb. Bu barədə Tasnim agentliyi ölkənin Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazerluya istinadən məlumat yayıb.

“Uçuşların təhlükəsizliyini qorumaq və regiondakı vəziyyəti nəzərə alaraq sabah səhər saat 5-ə qədər bütün ölkə üzrə bütün reyslər ləğv edilir”, - nəşr qeyd edib.

Bundan əvvəl Aeroflot İranın hava məkanını bağladığına görə oktyabrın 2-nə planlaşdırılan SU524/525 Moskva - Dubay - Moskva reysini ləğv etmişdi.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin hücuma məruz qalması barədə məlumat yayıb. TSAXAL İranın İsrailə kütləvi raket hücumuna başladığını elan edib. “The Jerusalem Post” qəzeti yazıb ki, əməliyyatlar zamanı İran tərəfi İsrail ərazisinə 400-ə yaxın raket zərbəsi endirib. Hücumun hədəflərindən biri də Təl-Əviv şəhəri olub.

Tural

Seçilən
15
news365.az

1Mənbələr