AZ

Osimhen yanvarda getsə: Təzminat ödəniləcək

Türkiyə Super Liqasının son çempionu “Qalatasaray”ın dünya ulduzu Viktor Osimhen ilə bağlı sürpriz iddia yayılıb.

“Cebheinfo.az” xəbər verir ki, İngiltərənin “Çelsi” klubu yanvar ayında nigeriyalı futbolçunu transfer etmək niyyətindədir.

Lakin bu baş verəcəyi təqdirdə, Osimhenin müqaviləsinin məxsus olduğu “Napoli” “Qalatasaray”a təzminat ödəməlidir. Yəni Osimhen yanvarda “Çelsi”yə gedəcəyi təqdirdə, İstanbul klubuna 6,5 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, mövcud dəyəri 100 milyon avro olan Viktor Osimhen bu mövsüm “Qalatasaray”da meydana çıxdığı 4 matçda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Seçilən
9
cebheinfo.az

1Mənbələr