AZ

QR bilet istifadə edilməsə: Pul geri qaytarılır? - RƏSMİ

İctimai nəqliyyatda nağdsız, bank kartı ilə ödəniş sistemi mövcuddur.

İstifadəçilər metrodan bu sistemdən istifadə etmək üçün QR kodun gedişdən 20-25 dəqiqə əvvəl aktiləşdirməli olduqlarını bildirirlər.  Belə ki, gedişi aktivləşdirən kimi kart hesabından 50 qəpik çıxır.

Maraqlıdır ki,  əgər gedişdən istifadə edilməsə, bu pul karta qayıdırmı?

Məsələ ilə bağlı Azərbaycan  Yerüstü Nəqliyyat Aganetliyindən "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, ictimai nəqliyyatda ödəniş kartla edilən zaman 20-25 dəqiqə gözləməyə ehtiyac yoxdur:

"QR kodu dərhal yaratmaq mümkündür. QR bilet istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və vəsait geri qaytarılır".

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr