AZ

Ağdərə və Füzulinin bir sıra kəndlərində işıq xətləri çəkiləcək - 6 milyon manata yaxın LAYİHƏ

Ağdərə və Füzuli rayonlarında bir sıra kəndlərində elektrik təchizatı işləri aparılacaq.

İqtisadiyyat.az xəbər verir ki, "Azərişıq" ASC bununla bağlı hazırlıqlara başlayıb.

Ağdərə rayonunun Umudlu yaşayış məntəqəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xətti çəkiləcək.

Füzuli rayonu Dövlətyarlı (ağıllı kənd) (Zərgər, Qıyıqçı, Qızıl Qışlaq və Qaraməmmədli kəndi ilə birlikdə) kəndinin xarici elekrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xətti çəkiləcək.

"Azərişıq" Umudludakı işlərə 1,6 milyon manat, Füzulinin kəndlərindəki işlərə isə 4,2 milyon manat vəsaitin sərf olunacağını ehtimal edir.

Seçilən
5
iqtisadiyyat.az

1Mənbələr