Yeni mövsümdə Avropa çempionatlarında ən çox darmadağın sevinən komandaların siyahısı tərtib olunub.

Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının lideri "Qarabağ" ilk "10-luq"da yer alıb.

Ağdam klubu keçirdiyi 7 görüşün 3-də böyükhesablı qələbə qazanıb. Azərbaycan təmsilçisi siyahıda 10-cu pillədə qərarlaşıb. "Köhlən atlar" "Yuventus"la eyni pillədə qərarlaşıb.

Siyahıya Portuqaliya klubu “Sportinq” başçılıq edir. Lissabon təmsilçisi ölkə çempionatının ilk 7 matçında 5 böyükhesablı qələbə qazanıb.