AZ

Millimiz "Türkdilli Ölkələr Turniri”ndə mübarizəyə başlayır

Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi Türkiyənin Ərzurum şəhərində təşkil olunan "Türkdilli Ölkələr Turniri”ndə bu gün ilk oyununu keçirəcək.

Sportnet.az xəbər verir ki, təmsilçimiz Bakı vaxtı ilə saat 16:00-da Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın U-16 yığması yarışda növbəti oyununu oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyəyə qarşı keçirəcək.


Seçilən
6
10
sportnet.az

10Mənbələr