AZ

İsrail İranın zərbələrinə bir neçə gün ərzində cavab verəcək

İsrail İranın iri raket zərbəsinə “bir neçə gün” ərzində cavab verəcək.

Musavat.com xəbər verir ki, bu barədə Axios portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Nazirlər Kabineti bir gün əvvəl keçirdiyi iclasda cavabın olacağına qərar verib. Portalın həmsöhbətləri əlavə ediblər ki, İsrail hökuməti hələlik cavabın nə olacağına qərar verməyib. O cümlədən bu, ABŞ administrasiyası ilə müzakirə ediləcək.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr