AZ

İrandan BMT Təhlükəsizlik Şurasına ÇAĞIRIŞ

İranın BMT-dəki Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasını Yaxın Şərqdəki münaqişəyə müdaxilə etməyə, eləcə də regionda təhlükəsizliyin təminatı üçün təcili tədbirlər görməyə çağırıb.

Bu barədə ölkənin BMT-dəki təmsilçisi Amir Səid İrəvaninin baş katib Antonio Quterreşə göndərdiyi məktubda qeyd olunub.

Sənəddə o da vurğulanıb ki, təşkilat öz səlahiyyətləri çərçivəsində Yaxın Şərqdəki vəziyyətə təcili müdaxilə edərək, Livan, Suriya və Qəzza sektorunda hərbi eskalasiyanı dayandırmalıdır.

Xəbəri “Reuters“ agentliyi yayıb.

Seçilən
7
3
herbiand.az

4Mənbələr