İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı İranın ölkəsinə raket hücumundan sonra verdiyi ilk bəyanatında Tehrana qisas sözü vəd edib.

İndex.az xəbər verir ki, Netanyahu hücumun İsrailin hava hücumundan müdafiə sistemi tərəfindən bloklandığını ifadə edib.

“İrandakı rejim bizim özümüzü müdafiə etmək qətiyyətimizi və düşmənlərimizə cavab vermək iradəmizi anlamır. İran bu gecə böyük bir səhv etdi və bunun əvəzini ödəyəcək”, – İsrailin baş naziri vurğulayıb.

Netanyahu həmçinin dünya güclərindən İrana qarşı birləşmələrini istəyib: “Ancaq onlar başa düşəcəklər, bizə hücum edənlərə hücum edəcəyik. Ölkələr İsrailin yanında olmalıdır. İstibdad və azadlıq, xeyir-dua və lənət arasında seçim heç vaxt belə aydın olmayıb”.