AZ

Qrossi yaxın vaxtlarda Putinlə görüşəcəyinə əmin olduğunu bildirib

MAQATE-nin rəhbəri Rafael Qrossi RİA Novosti ilə söhbətində əmin olduğunu bildirib ki, yaxın vaxtlarda onun Rusiya prezidenti Vladimir Putinlə görüşü olacaq.

Biz rusiyalı həmkarlarımla birlikdə bunu nə vaxt edəcəyimizi müəyyənləşdirəcəyik dedi.

Eyni zamanda, Qrossi vurğulayıb ki, dövlət başçıları ilə görüşlər yaxşı planlaşdırılmalı və mühüm məqamlara cavab verməlidir.

Bundan əvvəl Qrossi Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün gəlib.

O, həmçinin deyib ki, MAQATE ekspertləri Zaporojye və Çernobıl AES-lərindədirlər.

Mənbə RİA Novosti

Seçilən
8
dogru.az

1Mənbələr