AZ

“Rəhbərlik Adil Şükürova dəstək olmadı”

“Kəpəz”in sabiq gürcüstanlı futbolçusu Mate Kvirkviya klub rəhbərliyini tənqd edib. Hazırda Kiprdə oynayan cinah hücumçusu futbolinfo.az saytına açıqlamasında maraqlı məqamlara toxunub.

Mate gəncəlilərin 8 tura xal toplamamasının gözlənlən olduğunu deyib: “Üzülürəm, amma təəccüblənmirəm. Çünki “Kəpəz”də işlər peşəkarcasına qurulmayıb”.

Kvirkviya sabiq baş məşqçi Adil Şükürova lazımi şərait yaradılmadığını deyib: “Belə olacağını gözləyirdim. Adil Şükürov həm yaxşı insan, həm də yaxşı məşqçidir. Bildiyim qədərilə, ona dəstək olmurdular. Alınmasını istədiyi futbolçuları gətirmirdilər, qalmasını istədiyi oyunçuların isə digər komandalara keçməsinə icazə verirdilər”.

Mate ilə müsahibənin tam mətni az sonra təqdim olunacaq.

Seçilən
16
futbolinfo.az

1Mənbələr