AZ

Brunu Fernandeşin şikayəti təmin edildi

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeşin Premyer Liqada aldığı qırmızı vərəqə apellyasiya şikayətindən sonra ləğv edilib.

"Ölkə.az" xəbər verir ki, o, ölkə çempionatının VI turunda "Tottenhem"lə matçda Ceyms Meddisona qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Portuqaliya millisinin üzvü "Aston Villa", "Brentford" və "Vest Hem"lə keçiriləcək Premyer Liqa matçlarını buraxmalı olsa da, apellyasiya şikayəti müsbət nəticələndiyindən diskvalifikasiya aradan qalxıb.

Qeyd edək ki, “qırmızı şeytanlar” 6 turdan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Seçilən
32
1
olke.az

2Mənbələr