AZ

"Mançester Siti" ÇL-də "Mançester Yunayted"in rekordunu təkrarladı

Çempionlar Liqasının Liqa mərhələsinin II turunda "Slovan"ı 4:0 hesabı ilə məğlub edən "Mançester Siti" ən uzun məğlubiyyətsizlik seriyasında "Mançester Yunayted"in rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. "Mançester Siti" Çempionlar Liqasının son 25 görüşündə 17 dəfə qalib gəlib, 8 dəfə isə heç-heçə edib. Mançester təmsilçisi sonuncu dəfə Çempionlar Liqasında 2021/2022 mövsümünün yarımfinal cavab oyununda "Real"a uduzmuşdu. Qeyd edək ki, "Mançester Yunayted" bu rekordu 2009-cu ilin mayında, komandanı Ser Aleks Ferqyusonun çalışdırdığı vaxt qoyub. "Qırmızı şeytanlar" Çempionlar Liqasında 2007-ci ilin sentyabrından qey edilən tarixədək uduzmamışdı.  

Seçilən
32
matc.az

1Mənbələr