AZ

"Sədərək" bazarının yaxınlığında YANĞIN OLDU - VİDEO

"Sədərək" bazarının yaxınlığında yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Açıq sahədə, qamışlıq sahəsində baş vermiş yanğın geniş sahəyə yayılmadan söndürülüb.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

Seçilən
7
10
bizim.media

10Mənbələr