AZ

Çin bankları Rusiya bazarları ilə əməkdaşlıq edən satıcılarla işi azaldır…

...Çin bankları ikinci dərəcəli sanksiyaların tətbiqindən ehtiyat edərək, Rusiya bazarları üçün mal alan satıcılarla işi azaldır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Kommersant” “Modulbank” və “Pro Wildberries” Sahibkarlığın İnkişafı və Dəstəyi Mərkəzinin birgə araşdırmasına istinadən yazır. Onların hesablamalarına görə, 2024-cü ilin yanvar-avqust aylarında Rusiya bazarlarında satıcıların ümumi hesablaşmalarında Çinin payı 67,8 faizdən 51,1 faizə qədər azalıb.

Çin bankları, qeyd edildiyi kimi, Rusiyadan gələn ödənişləri yoxlamaq üçün vaxt çərçivəsini artırıb. Əvvəlcə məhdudiyyətlər yalnız elektronika kimi ABŞ lisenziyası tələb olunan Çin mallarına şamil edildi. Bununla belə, indi, Xabarovsk sahibkarı Maksim Silinin sözlərinə görə, gündəlik malların, o cümlədən geyim və yeməklərin ödənilməsi zamanı çətinliklər yaranır.

…Çin Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Rusiyaya qarşı Qərbin sanksiyalarına rəsmən qoşulmayıb, lakin zaman keçdikcə Çin bankları sanksiyaya məruz qalan Rusiya müştəriləri ilə işini məhdudlaşdırıb.

Beləliklə, 2023-cü ilin iyun ayında Bank of China Rusiya banklarının müştəriləri üçün Avropa İttifaqı, ABŞ, İsveçrə və Böyük Britaniyadakı banklara köçürmələri məhdudlaşdırıb. Bu ilin fevral ayında rus idxalçıları üçün əsas mənbə olan Chouzhou Commercial Rusiya ilə bütün hesablaşmaları dayandırıb.

2024-cü ilin aprelində “Kommersant” yazıb ki, Çin bankları elektronikanın yığılması üçün komponentlər və dəstlərin tədarükü üçün Rusiya şirkətlərindən ödənişləri bloklayıb. Nəşrin həmsöhbəti bildirib ki, ödənişhətta elektronikanın yığılması üçün komponentlərin istehsalı və tədarükü üçün uzunmüddətli müqavilələr bağlamış təşkilatlarla beləbloklanıb.

Suveren Mobil Təşəbbüs Holdinq ASC-nin təsisçisi Aleksandr Kalinin, hazır məhsulların tədarükü üçün ödənişlərin edilməsində ilk çətinliklərin 2023-cü ilin dekabrında başladığını və aprel ayından etibarən komponentlər və “kit dəstləri” (…“kit dəstləri”nə xüsusilə prosessorlar, cihaz qutuları və ekranlar daxildir – A.B.). ilə bağlı problemlər yarandığını söylədi.

…Çindən komponentlər sifariş edən yerli tərtibatçılar Rusiya Federasiyasında məhsullarının son montajına başlaya bilməzlər.

Bunu da rusiyalı təsisçi deyir.

Əli Babayev

Seçilən
30
sia.az

1Mənbələr