AZ

İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib

İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib.

"Operativ Media" xəbər verir ki, İranın Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı missiyası bildirib ki, İran İsrailə hücumu barədə ABŞ-a əvvəlcədən xəbərdarlıq etməyib.

“Bizim cavabımızdan əvvəl Birləşmiş Ştatlara heç bir bildiriş verilməyib; lakin sonradan ciddi xəbərdarlıq edilib”, - İran missiyasının bəyanatında deyilir.

Qeyd edək ki, hücumdan bir neçə saat əvvəl ABŞ İranın İsraili atəşə tutmağa hazırlaşdığına dair göstərişlərinin olduğunu bildirib.

Seçilən
1
1
operativmedia.az

2Mənbələr