AZ

"Xilasedici" Kubadan və Rusiyadan olan legionerlərlə anlaşıb

Kişilər arasında voleybol üzrə Azərbaycan çempionatına qayıdan "Xilasedici" yeni mövsüm ərəfəsində heyətini gücləndirməkdə davam edir. Sport24.az xəbər verir ki, əvvəllər Macarıstan çempionatında çıxış etmiş kubalı hücumçu Luis Rodriges, rusiyalı hücum oyunçuları - İvan Volodin və Aleksandr Popleteyev klubla müqavilə imzalayıblar.
 
Onların hər ikisi ötən mövsümü Livanda keçirib.
 
Onlardan başqa, "Xilasedici" Azərbaycan milli komandasının voleybolçuları - blokçu Dmitri Baranov və libero Asif Əliyevlə də güclənib. Birinci İsrail "Hapoel"ində oynayıb, ikincisi isə əvvəllər "Xara Bülbül"ün şərəfini qoruyub.
 
Qeyd edək ki, "Neftçi"nin sabiq voleybolçusu Mirhasil Seyidli də komandaya qoşulub.

Seçilən
5
3
sport24.az

4Mənbələr