AZ

Ermənistan parlamentinin sədrindən sərsəm iddia

BAYRAQDAR MEDİA – Ermənistan Milli Məclisinin sədri Alen Simonyan oktyabrın 1-də jurnalistlərlə söhbətində Azərbaycanlıların Qərbi Azərbaycana dönüşü ilə bağlı məsələyə də toxunub. O, bildirib ki, sülh müqaviləsi layihəsində belə bir tələb yoxdur.Alen Simonyan jurnalistin Azərbaycanda “Qərbi Azərbaycan” istilahının işlənməsi ilə bağlı fikrinə də münasibət bildirərkən sərsəm iddia səsləndirib. O, deyib ki, “Azərbaycanda tarixi vətən axtarışı ilə məşğul olanlar buna çox da bənd olmasın. Belə olarsa, onların, örnək üçün Altaya köçüb orada yaşaması lazım gələ bilər…”Xəbəri Ermənistan mediası yayıb.

Seçilən
22
bayraqdar.info

1Mənbələr