AZ

“Traktor”un ÇL oyunu ləğv edildi

Futbol üzrə Asiya Çempionlar Liqasının 2-ci turunun “Traktor” (Cənubi Azərbaycan) – “Mohun Baqan” (Hindistan) oyunu ləğv edilib.

Arena.az xəbər verir ki, oktyabrın 2-də baş tutmalı olan bu görüş qonaq komandanın Təbrizə gəlməməsi səbəbindən keçirilməyəcək.

Hindistan təmsilçisinə Asiya Futbol Konfederasiyası tərəfindən 0:3 hesablı texniki məğlubiyyət verilməsi gözlənilir.

Xatırladaq ki, “Traktor” – “Mohun Baqan” oyunu sabah Bakı vaxtı ilə saat 20:00-da start götürməli idi. Cənubi Azərbaycan təmsilçisi Asiya Çempionlar Liqasının ilk turu çərçivəsində Qətərin “Əl-Vakra” komandası ilə qarşılaşmış və səfərdə 3:0 hesablı qələbəyə sevinmişdi.

Seçilən
10
17
arena.az

10Mənbələr