AZ

Rumıniyada Ukrayna dəniz piyadaları üçün təlim mərkəzi açılacaq

Rumıniya parlamenti Prezident Klaus İohannisin ölkədə ukraynalılar üçün hərbi-dəniz təlim mərkəzinin açılması ilə bağlı müraciətini təsdiqləyib.

“Aznews.az” xəbər verir ki, bu barədə “Agerpres” agentliyi dövlət başçısının məktubunun mətninə istinadən məlumat yayıb.

“Rumıniyanın öz ərazisində hərbi-dəniz sahəsində təlim mərkəzi açmaqla, habelə Ukrayna dəniz piyadalarının təlim prosesinə dəstək olmaqla töhfə vermək imkanı var”, - məktubda deyilir.

Mərkəzin iki il müddətində fəaliyyət göstərəcəyi, onun maliyyələşdirilməsi və birinci mərhələdə işlərin planlaşdırılmasının tam olaraq Böyük Britaniya tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulur.

Seçilən
5
3
aznews.az

4Mənbələr