Nə edir etsin, gec-tez İsrailin qarşısı mütləq şəkildə alınacaq.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün parlamentin yeni sessiyasının açılışında bildirib.

Onun sözlərinə əsasən, Netanyahu hakimiyyəti Türkiyəni də hədəf olaraq görür.

İsrailə xəbərdarlıq edən Türkiyə lideri, həmçinin bildirib ki, “Livana qurudan hücum əməliyyatının nəticələri keçmişdəki işğallara bənzəməyəcək”.

Ərdoğan, həmçinin qeyd edib ki, Fələstin və Livandan sonra İsrailin gözünü dikəcəyi yer Türkiyə torpaqları olacaq.

“Bədəli nə olursa-olsun, Türkiyə İsrailin qarşısında durmağa davam edəcək”, - Ərdoğan vurğulayıb.

Leqal.info