AZ

Naxçıvanda prokurorluq orqanlarının yaradılmasının 106-cı il dönümü qeyd olunub

Naxçıvanda

Naxçıvan, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsinin önünə gül dəstələri qoyub, dahi şəxsiyyətə ehtiramlarını ifadə ediblər.

Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sonra Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 106-cı ildönümü münasibətilə tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorunun müavini, ədliyyə müşaviri Amil Rəhimov prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları və onların ailə üzvlərini il dönümü münasibətilə təbrik edib.

Qeyd edilib ki, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Naxçıvan Muxtar Respublikası Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib.

Vurğulanıb ki, Naxçıvanda fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, öz vəzifələrinə məsuliyyətlə yanaşaraq, ictimai asayişin təmin olunmasında və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasında muxtar respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə yaxından iştirak edəcəklər.

Seçilən
15
2
azertag.az

4Mənbələr