AZ

iPhone 17 Pro smartfonları yeni fiziki düyməni əldə edə bilərlər

     iPhone 16 smartfonlarının yenicə satışa çıxmalarına baxmayaraq artıq indidən gələn ilki iPhone 17 smartfonları barəsində məlumatlar ortaya çıxır. Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti gələn ilki iPhone-ların dizaynlarında daha bir dəyişiklik reallaşdıracaq. 2023-cü ildə Apple şirkəti iPhone-larda səssiz rejimə keçid düyməsini Action Button düyməsi ilə əvəzlədi. Bu ilki iPhone-lara isə Camera Control adlı yeni düymə əlavə etdi.     İnsayderlər bildiriblər ki, gələn il təqdim olunacaq iPhone 17 Pro və iPhone 17 Pro Max modellərində şirkət Action Button düyməsini səsin tənzimlənməsi düymələri ilə birləşdirəcək. Nəticədə bu funksiyalardan bir vahid düymə cavabdeh olacaq. Gözləntilərə əsasən sözügedən vahid düymə çalışma prinsipinə görə Camera Control düyməsini xatırladacaq. Çox güman ki, onun üzərində sürüşdürmə hərəkəti vasitəsilə səsin gücünü tənzimləmək, onun üzərinə klikləməklə isə müxtəlif əməliyyatları işə salmaq mümkün olacaq. Bunun həqiqətən də belə olub-olmayacağı yalnız gələn il bilinəcək.

Seçilən
8
technote.az

1Mənbələr