AZ

“Avroviziya”da Azərbaycan nümayəndə heyətinin rəhbəri DƏYİŞDİ - FOTO

Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki nümayəndə heyətinin rəhbəri dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Məlumata görə, nümayəndə heyətinin yeni rəhbəri tanınmış aparıcı, hazırda “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova təyin edilib.
 

Qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində çalışır. O, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illərdə Azərbaycan Televiziyasında musiqi və əyləncə proqramlarının baş redaktoru, daha sonra İctimai Televiziyada aparıcı vəzifələrində çalışıb.


N. Cəfərovadan əvvəl müsabiqədə Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Vasif Məmmədov olub.


Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr