AZ

Xiaomi 15 Pro smartfonu Xiaomi 13 Ultra-nın telekamerasını əldə edəcək

     Xiaomi 23 oktyabr tarixində Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro. İnsayderlər bu dəfə Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumat veriblər. Onların sözlərinə əsasən keçən ilki Xiaomi 14 Pro ilə müqayisədə Xiaomi 15 Pro daha yaxşı telekameranı əldə edəcək. Söhbət, 5 qat optik zoom özəlliyinə sahib Sony IMX858 adlı telekameradan gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Xiaomi 14 Pro-nun telekamerası 3.2 qat optik zoom özəlliyinə sahibdir. Həmçinin Sony IMX858 artıq Xiaomi 13 Ultra-da istifadə edilib. Xiaomi 15 Pro smartfonu 50 MP-lik telekameradan əlavə olaraq 50 MP-lik əsas arxa kameranı və 50 MP-lik ultra geniş bucaqlı kameranı da əldə edəcək və o, dəyişkən diafraqmaya sahib olacaq.

Seçilən
10
technote.az

1Mənbələr