AZ

Vivo X200 smartfonlarının müxtəlif gövdə rənglərində fotoları ortaya çıxıb

     Vivo şirkəti 14 oktyabr tarixində vivo X200 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya vivo X200, X200 Pro və X200 Pro mini modelləri daxil olacaqlar. İndi isə məlum olub ki, Çinin JD.com adlı alış-veriş platformasında bu smartfonların keyfiyyətli press-render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonların yalnız arxa panelləri əks olunub. Bununla belə onlar müxtəlif gövdə rənglərində əks olunub. Beləliklə fotolara əsasən vivo X200 və X200 Pro modelləri 4 gövdə rənginə sahib olacaqlar. Göy, ağ, qara və gümüşü. Vivo X200 Pro mini modelinə gəldikdə isə o, qara, ağ, çəhrayı və yaşıl gövdə rənglərinə sahib olacaq. Qeyd etmək lazımdır ki, vivo X200 smartfonlarının MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaqları gözlənilir.

Seçilən
8
technote.az

1Mənbələr