AZ

Dünya Bankından Orta Dəhlizin daha "yaşıl" infrastruktura çevrilməsi üzrə addımlar barədə AÇIQLAMA

Bakı. Trend:

Orta Dəhlizi daha "yaşıl" etmək üçün həm əməliyyat heyətinin,həm də hökumətin əhəmiyyətli səyləri tələb olunacaq.

Trend xəbər verir ki, bubarədə Dünya Bankının Azərbaycandakı ofisinin ölkə meneceri StefaniStollmeyster Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda bildirib.

"Belə istiqamətlərdən biri, məsələn, aşağı, sıfır və ya təmizemissiya səviyyəsinə malik yanacaq istehsalı sahəsindəinvestisiyalar və inkişaf olmalıdır. Mən düşünürəm ki, bu, açarrolunu oynayacaq. Bununla yanaşı, elektrik batareyaları və hidrogenyanacaq hüceyrələrinin hazırlanmasına investisiya qoyulmasıvacibdir. Hazırda bu investisiya yoxdur, buna görə də yanacağınsaxlanılması üçün infrastrukturun yaradılması üçün əhəmiyyətlimaliyyələşdirmə tələb olunacaq", - S.Stollmeyster vurğulayıb.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Seçilən
14
1
az.trend.az

2Mənbələr