2023-cü ildə Azərbaycanın dəmir yollarında karbon emissiyalarını 9 % azaltmaq mümkün olub.
Viral.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat” mövzusunda dəyirmi masada bildirib.
“Ölkə olaraq 2050-ci ilə qədər karbon emissiyalarını 40 % azaltmaq öhdəliyimiz var. Bu məqsədlə müəyyən əməli addımlar atılır. Gəncə və Bakıda yeni anbarların istifadəyə verilməsi buna nümunədir”, – deyə o qeyd edib.
Son Yazılar:
- ADY karbon emissiyalarını azaltmaq üçün gördüyü tədbirləri AÇIQLADI
- Bakının üç rayonunda suyun verilməsində fasilə YARANACAQ
- İsrailda növbəti hərbi səfərbərlik elan EDİLDİ
“Bu il ilk davamlılıq hesabatımızı dərc edəcəyik. Bu hesabat nəqliyyat sektorunda dəmir yolu ilə bağlı öhdəliyimizə sadiqliyimizi nümayiş etdirəcək”, – deyə R.Rüstəmov əlavə edib.