AZ

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

“İddialı layihələrdən biri də ictimai nəqliyyatın elektrikləşdirilməsidir”. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib. 

Nazir müavini bildirib ki, növbəti ay 160 belə avtobus gətiriləcək və təbii ki, növbəti aylarda bu rəqəm artacaq:

 “Həm dövlət, həm də özəl şirkətlər bu istiqamətdə işlər görür. Elektrik doldurma məntəqələrinin sayı da artacaq”.

Seçilən
7
29
missiya.az

10Mənbələr