AZ

Məşhur aktrisanın reklam çarxı üçün aldığı məbləği eşidənlər qulaqlarına inanmadı

Məşhur aktrisanın reklam çarxı üçün aldığı məbləği eşidənlər qulaqlarına inanmadıDemet Özdemirin yeni reklam çarxı üçün alacağı məbləği eşidənlər qulaqlarına inanmayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur mebel markası ilə razılaşdığı iddia edilən Demet Özdemir tezliklə reklam çəkilişi üçün kamera qarşısına keçəcək. Özdəmirin alacağı məbləği eşidənlər qulaqlarına inana bilməyiblər. Belə ki, 32 yaşlı aktrisa reklam çəkilişi üçün 25 milyon lirəyə müqavilə imzalayıb.

Rejissor Ferit Karahanın 'Cinlerin Düğünü' filminin çəkilişlərinə hazırlaşan Demet Özdemirin parlaq karyerası sürətini azaltmadan yüksəklərə qalxmağa davam edir. Mövzusu ilə xüsusi diqqət çəkəcək filmi izləyicilər səbirsizliklə gözləyir.

Seçilən
20
sonxeber.az

1Mənbələr