AZ

Vergi və rüsumların ləğvi hibrid və elektrikli avtomobillərin idxalında artıma səbəb olub - Rəhman Hümmətov

Bakı. Trend:

Vergi və rüsumların ləğvi son illərdə hibrid və elektrikliavtomobillərin idxalında əhəmiyyətli artıma səbəb olub.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniRəhman Hümmətov Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda panelmüzakirələr zamanı bildirib.

"İctimai nəqliyyatın elektrikləşdirilməsi ən ambisiyalılayihələrdən biridir. Gələn ay 160 yeni elektrobusun istifadəyəverilməsi yalnız başlanğıcdır və yaxın illərdə onların sayınıəhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq. Həmçinin, vergi vərüsumların ləğvi son illərdə hibrid və elektrikli avtomobillərinidxalında əhəmiyyətli artıma səbəb olub", - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın aviasiya parkınıngenişləndirilməsi, metro infrastrukturunun müasirləşdirilməsi,Azərbaycan Dəmir Yollarının müasir elektrovaqonlarla təchizedilməsi, dəmiryolu şəbəkəsinin elektrikləşdirilməsi və dəmir yoluilə daha ekoloji cəhətdən təmiz daşımaların təmin edilməsiAzərbaycanın karbon dioksid emissiyalarını azaltmaq və davamlıinkişafı ölkənin nəqliyyat siyasətinin əsasına daxil etməkistiqamətində sadiqliyini nümayiş etdirir.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Seçilən
6
2
az.trend.az

3Mənbələr