AZ

Ukrayna müharibəsi başlayandan 1994 nəfər əsirlikdən azad edilib

Rusiya və Ukrayna müharibə başlayandan bəri dəfələrlə əsir dəyişdirib.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir.

Son mübadilələrdən biri sentyabrda baş tutub: Kiyev Kursk vilayətində əsir götürülmüş 103 rusiyalı hərbçini, Moskva isə Ukrayna Silahlı Qüvvələrinə eyni sayda hərbçini təhvil verib.

Vasitəçi qismində BƏƏ çıxış edib. BƏƏ Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, ilin əvvəlindən bəri səkkizinci mübadilə olub və azad edilənlərin ümumi sayı 1994 nəfərə çatıb.

Azpost.info

Seçilən
16
azpost.info

1Mənbələr