AZ

Həbsdən azad edilən tanınmış jurnalist ilk dəfə DANIŞDI

\"WikiLeaks” saytının yaradıcısı Culian Assanc həbsdən çıxdıqdan sonra ilk dəfə açıqlama verib.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Assanc həbsi barədə Strasburqda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) çıxışı zamanı danışıb.
 
O, illərlə həbsdə günahsız saxlanıldığını, həbsinin jurnalistika cinayətini qəbul etdiyinə görə olduğunu və ifadə azadlığını tənqid edib.

Ədliyyə sisteminə işarə edən Assanc bu fikirləri səsləndirib:
 
\"Açığını deyim ki, hələ də azad deyiləm. Ədalət və azadlıq seçimi arasında azadslığı seçdim. İllərlə həbsxanada yatdıqdan sonra casusluq cinayətini boynuma aldığıma görə azadlığa buraxıldım\".

Qeyd edək ki, Culian Assange 2010-cu il oktyabrın 28-də 251 min gizli sənəd dərc etdiyinə görə casusluq ittihamı ilə həbs edilib.
 
Cəmalə
Seçilən
16
azxeber.com

1Mənbələr