Gəncə Dövlət Universitetinin əməkdaşlarının maaşı qaldırılıb.
Mia.az xəbər verir ki, bu barədə universitetin 1 oktyabr 2024-cü il tarixində keçirilən Elmi Şurasında qərar verilib.
Qərara əsasən, Gəncə Dövlət Universiteti əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə oktyabrın 1-dən universitetin bütün əməkdaşlarının əmək haqlarının 20 faiz artırılıb: "Bundan əlavə qarşıdan gələn “Müəllimlər günü” münasibətilə universitetin bütün əməkdaşlarına maaşlarının 10 faizi məbləğındə mükafat verilməsi haqqında da qərar qəbul edilib".