AZ

Siyəzən rayonu üzrə təhsil sektorunun rəhbərliyi tərəfindən Siyəzən şəhər 2 nömrəli tam məktəbin pedaqoji kollektivi ilə görüş keçirilib – FOTOLAR

Siyəzən rayonu üzrə təhsil sektorunun rəhbərliyi tərəfindən Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 nömrəli tam məktəbin pedaqoji kollektivi ilə görüş keçirilib. Görüşdə həmçinin bir neçə valideyn də iştirak edib.
Görüş zamanı Fikrət Heybətov əvvəlcə qarşıdan gələn 5 oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib, işlərində uğurlar arzulayıb. Həmin gün ilə əlaqədar yarana biləcək neqativ halların qarşısının alınması üçün müəyyən məsləhətlərini verib.
Daha sonra məktəbin təlim nəticələri, buraxılış imtahanın təhlili barədə, məktəbdaxili qiymətləndirmənin düzgün aparılması, məktəb-valideyn, müəllim-şagird münasibətləri, məktəblərdə psixoloji işin gücləndirilməsi və digər vacib məsələlər barədə tapşırıqlarını verib.
Sonda müəllimləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.
Seçilən
15
7times.az

1Mənbələr