AZ

“Bakıda İqlim Dayanıqlılığı üçün Harmoniya” mövzusunda keçirilən müzakirədə bəyannamə imzalanıb

“Bakıda İqlim Dayanıqlılığı üçün Harmoniya” mövzusunda keçirilən dəyirmi masada müzakirələrdən sonra “İnsanlar, Təbiət və İqlim naminə Ərzaq Sistemlərinin Transformasiyası: fəaliyyətə birgə çağırış bəyannaməsi imzalanıb.

APA xəbər verir ki, bəyannaməni imzalayan tərəflər 2030 konsepsiyasına nail olmaq məqsədilə qlobal ərzaq sistemini İqlim Dəyişmələri üzrə Paris Sazişi, Kunminq-Monreal Qlobal Biomüxtəliflik çərçivəsi, 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik, Şarm Əl Şeyx Uyğunlaşdırma Gündəliyi və İrəliləyiş Gündəliyi ilə uyğunlaşdırmaq üçün çalışacaqlar.

Bəyannamədə qeyd edilib ki, ərzağın təxminən 30%-i itkiyə gedir və ya israf olunur. 900 milyondan çox insan ərzaq çatışmazlığı ilə üz-üzədir və onların çoxu kənd təsərrüfatı sahəsində işləyir. 3 milyarddan çox insan sağlam qidalana bilmir. Bu gün ərzaq sistemləri ilə əlaqədar yaranan gizli sosial, iqtisadi və ətraf mühit xərcləri illik 10 trilyondan ABŞ dollarından çoxdur.

Seçilən
21
3
apa.az

4Mənbələr