AZ

Dədə Ələsgərin sazı , heykəlin duruşu və sosial şəbəkələrin fırtınası

Millət vəkili Hikmət Babaoğlu Aşıq Ələsgərin dünən açılışı olan abidəsiylə bağlı sosial şəbəkələrdə gedən müzakirələrinə münasibət bildirib. 

News365.az Hikət Babaoğlunun fikirlərini təqdim edir:

Ulu ozanımız dədə Ələsgər bizim kəndimizdə ( Qərbi Azərbaycanın Amasiya rayonu ) iki dəfə toyda olub .Bir dəfə ustad Qarsa toya gedərkən bizim kənddə gecələməli olur .Sən demə həmin gün Çıldırlı aşıq Şenlik kəndimizdəki toy mərasimini idarə edirmiş.Ulu Ələsgərin gəldiyini eşidən ( Ustad həmişə gələndə akademik Qərib Məmmədovun babası İsmayıl ağanın evində qonaqlayarmış ) kənd camaatı israrla Ələsgəri toya dəvət edirlər .Ələsgər imtina edərək deyir ki , mən Şenliyin üstünə toya getmərəm, ayıb olar .Nəhayət uzun isrardan sonra toya getməyə razı olur ancaq sazsız. Şünki ozan əxlaqına görə ustad aışq ,ustad aşğın üstünə sazla getməzmiş .Ələsgəri toyda coşqu ilə qarşılayırlar .Yenə israla heç olmasa bir hava çalmasını xahiş edirlər .Ustad deyir ki , yaxşı onda gedin mənim sazımı gətirin , Şenliyin sazı mənimlə ,,danışmaz,,. Məsələ belə imiş ki , Şenliyin sazı indiki türk bağlamasına daha çox bənzəyirmiş nəinki bizim saza.Ələsgər bir ,,Göyçə gülü ,, havası çalaraq məcslisi məst edir .Havanı bitirəndə sazı şahlandıraraq son akkordları vurur.Məclis əhli Ələsgəri uzun- uzun alqışlayır , külli miqdarda ,, nəmər,, ( bəxşiş ) verir . Sonda aşıq Şenlik ,,Çıldır gözəlləməsi ,, havası ilə məclisi bağlayır və aşıqların deyişməsini istəyənlərə deyir ki :                                    

                                    Aşıq Şenlik Suxaralı 

                                    Ələsgər Göyçə mahallı 

                                    Nəyə lazım qeylü-qallı 

                                    Əzəl-axır yaxşılıqdı 

Diqqət etdinizsə mən bir ifadə işlətdim .Dədə Ələsgər son akkordda sazı şahlandırdı .Yəni dünən Müzəffər Ali Baş Komandanımızın açılışında şəxsən iştirak etdiyi heykəldə olduğu kimi , sazı başının üstünə qaldırıb kənardan son akkordları vurdu . Düz dünən açılışını etdiyimiz heykəlin təsvirində olduğu kimi .İndi sosial şəbəkələrdə heykəli tənqid etmək fikrinə düşənlərə sözüm odur ki , belə duruş sazın şahlandırılması adlanır və Ulu ozanımız da zaman zaman , coşqulu məclislərdə belə edibdir .Əsas məsələ isə heykəlin necə olması deyil onun kimə aid olması , o heykəli kimin qoydurması və niyə məhz indi qoyduraraq açılışına gəlməsidir .Əziz dostlar heykəlin üzü Qərbə baxır .Yolumuz Qərbi Azərbaycanadır ...!


Hikmət Babaoğlu

Seçilən
7
1
news365.az

2Mənbələr