AZ

"Qarabağ"ın Avroliqa oyunu ona tapşırıldı

Avropa Liqasının 2-ci turunun "Qarabağ" (Azərbaycan) - "Malmö" (İsveç) oyununa hakim təyinatları açıqlanıb.

Publika.az xəbər verir ki, matçı Yunanıstan Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi 39 yaşlı Anastasios Papapetru olacaq. Ona Tryfon Petropoulos və İordanis Aptosoglou və Alexandros Tsakalidis (dördüncü hakim) kömək edəcək.

Angelos Evangelou VAR hakimi, Athanasios Tzilos isə AVAR hakimi təyin olunub.

Seçilən
3
3
publika.az

5Mənbələr