İraq və Suriyanın şimalında keçirilən əməliyyatlarda ümumilikdə 13 terrorçunun zərərsizləşdirildiyi açıqlanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama verib.
Açıqlamada bildirilib:
\"Yorulmadan mübarizəyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında \"Pençe-Kilit əməliyyatı\" bölgəsində müəyyən edilən 11 PKK terrorçusunu, Suriyanın şimalında \"Sülh çeşməsi\" bölgəsində müəyyən edilən 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Biz məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatları davam etdirəcəyik\".
Oksana