AZ

NATO-da "Teflon Mark" dövrü BAŞLADI

NATO-nun yeni Baş katibi bu gündən işə başlayır.

 

Sfera.az bildirir ki, Yens Stoltenberq postunu Hollandiyanın keçmiş Baş naziri Mark Rutteyə təhvil verib.

 

Ekspertlərin fikrincə, Ruttenin fəaliyyəti Alyans üçün kritik vaxta təsadüf edir. Belə ki,  hazırda NATO Ukraynada davam edən münaqişə, Rusiyanın gələcək hərəkətləri ilə bağlı Şərqi Avropanın narahatlığı və Alyans əleyhinə çıxışlar edən keçmiş ABŞ Prezidenti Donald Trampın vəzifəyə qayıtması ehtimalı ilə üz-üzədir.

 

Digər tərəfdən, NATO rəsmiləri və diplomatları yeni dövrdə Alyansın prioritetlərinin dəyişməyəcəyini bildirsələr də, 13 illik fəaliyyəti ilə Hollandiyanın uzunmüddətli Baş naziri olan və siyasi böhranların öhdəsindən gəlmək bacarığına görə "Teflon Mark" ləqəbini qazanan Ruttenin müəyyən yeniliklərə gedəcəyi də vurğulanır.  

 

Bundan əvvəl Mark Rutte NATO-ya üzv 32 ölkənin səfirləri tərəfindən rəsmi olaraq təyin edildikdən sonra verdiyi açıqlamada, “Alyans bizim ümumi təhlükəsizliyimizin təməl daşıdır və elə də qalacaq” deyib.

 

Günay 

Seçilən
12
sfera.az

1Mənbələr