AZ

Miller: Ukraynanın Rusiyanı vurmaq üçün ABŞ-dan icazə almasına ehtiyac yoxdur

Miller:

Ukraynanın Rusiyadakı hədəfləri vurmaq üçün ABŞ-dan icazə almasına ehtiyac yoxdur və o, bunun üçün öz silahlarından uğurla istifadə edə bilər.

Reyting.az
xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinq zamanı deyib.

M. Miller bildirib ki, Ukraynanın Rusiyadakı hədəflərə cavab vermək üçün ABŞ-nın icazəsinə ehtiyacı yoxdur: “Onlar suveren ölkədir və özlərinin yaratdıqları silahlardan istifadə edə bilərlər. Onların son vaxtlar tətbiq etdikləri proqramlara baxsanız, görərsiniz ki, bunların sayı çoxdur. Onlara verdiyimiz silahlara baxsanız, biz aydınlaşdırdıq ki, onlardan sərhəddən keçən Rusiya hədəflərinə cavab vermək üçün istifadə edə bilərlər”.

Miller vurğulayıb ki, Ukraynanın “özünümüdafiə üçün çoxlu materialları var”.

Ukraynaya Amerika silahları ilə Rusiyaya cavab verməyə niyə icazə verilmədiyini soruşduqda, Miller deyib ki, Birləşmiş Ştatlar bütün imkanlara, bütün taktikalara və ümumilikdə Ukraynaya göstərdiyi bütün dəstəyə baxır: “Biz hər hansı yeni silah sistemini və ya hər hansı yeni taktikanı təsdiqləyəndə bunun bütün döyüş meydanına və Ukraynanın bütün strategiyasına necə təsir edəcəyinə baxırıq”.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Qərbin uzaqmənzilli silahlarını Rusiyanın dərinliklərinə atmaq üçün alınan icazədən ilk olaraq ruslar xəbər tutacaq. Bundan sonra rəsmi açıqlama veriləcək.

Eyni zamanda, “New York Times” yazıb ki, Amerika kəşfiyyatına görə, ABŞ və tərəfdaşları Ukraynaya Rusiya Federasiyasına uzaq məsafədən zərbələr endirməyə icazə verərsə, Kreml daha güclü cavab tədbirləri tətbiq edə bilər. Xüsusilə Rusiya Avropadakı hədəflərin təxribatını artıra, ABŞ və Avropa hərbi bazalarına potensial ölümcül hücumlar həyata keçirə bilər.

ELÇİN
Seçilən
1
3
reyting.az

4Mənbələr