AZ

Ucarda yanacaqdaşıyan yük avtomobili aşıb, yanğın baş verib

Ucar, 1 oktyabr, R.Türkoğlu, AZƏRTAC

Ucarda yol qəzası baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumatlara görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı yanacaqdaşıyan yük avtomobili qəzaya uğrayaraq aşıb və yanğın baş verib.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Seçilən
6
azertag.az

1Mənbələr