AZ

Peskov: "Rusiya İsrailin Dəməşqə zərbə endirməsini pisləyir"

"Rusiya Yaxın Şərqdəki vəziyyətdən dərin narahatlığını bildiri və İsrailin Dəməşqə endirdiyi zərbələri pisləyir".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisi qeyd edib ki, onlar suriyalı dostları ilə əlaqə saxlayırlar: "Biz suveren dövlətə qarşı bu cür hücumları pisləyirik. Hərbi əməliyyatların coğrafiyası genişlənir ki, bu da sabitliyin pozulmasına və gərginliyə gətirib çıxarır. Gərginlik bölgə üçün zərərlidir. Biz dərin narahatlığımızı bəyan edirik”, - Kreml sözçüsü bildirib.

Bundan əvvəl “Sham FM” radiostansiyası İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin qərb bölgələrinə hücum etdiyini, nəticədə dinc əhali arasında itkilər olduğunu bildirmişdi. Qeyd edilib ki, Suriya paytaxtına aviazərbələr Livanın cənubunda hərbi əməliyyatların başlaması ilə eyni vaxtda başlayıb və şəhərdə genişmiqyaslı yanğına səbəb olub.

Tural

Seçilən
10
news365.az

1Mənbələr