AZ

Bakıda məktəbin qazanxanasında partlayış - XƏSARƏT ALAN VAR

Bakıda orta məktəbdə qazanxanada partlayış olub.

APA xəbər verir ki, hadisə Nəsimi rayonundakı 42 saylı tam orta məktəbdə qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub. Hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 27 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

42 saylı tam orta məktəbdən verilən məlumatda isə bildirilib ki, payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub: "Dərhal müvafiq dövlət qurumlarına məlumat verilib. Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək".

O da qeyd edilib ki, qazanxanaya ciddi ziyan dəyməyib. Hazırda məktəbdə dərslər normal qaydada davam edir.

Seçilən
25
19
korrespondent.az

10Mənbələr