AZ

İranda çay daşdı, 15 nəfər həyatını itirdi

İranın Kirman əyalətinin Ciroft şəhərində leysan yağışların səbəb olduğu sel nəticəsində 15 nəfər həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi "İRNA" məlumat yayıb.

Məlumata görə, dünən şiddətli yağışlar səbəbilə Ciroftda bir çay daşıb və çayda olan insanların xilas edilməsi üçün işlərə başlanılıb.

13 saatdan çox davam edən axtarış-xilasetmə işləri nəticəsində cansız cəsədlər çıxarılıb. Onlardan 1-i İran vətəndaşı, 14-ü isə xarici ölkə vətəndaşıdır.

Qeyd edilib ki, axtarış-xilasetmə işləri nəticəsində 2 nəfər xilas edilib.

 

Gözəl Həşimova

Seçilən
4
1
iqtisadiyyat.az

4Mənbələr