AZ

Bu yolda işıqforlar işləmir - Diqqət!

Paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, buna səbəb elektrik təchizatının kəsilməsidir.

Qurumdan bildirilib ki, problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.

“Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”, - əlavə olunub.


Seçilən
2
27
news24.az

10Mənbələr