AZ

Bir ayda Bakıda orta aylıq əməkhaqqı 1 manat azalıb

2024-cü ilin yeddi ayında Bakıda orta aylıq əməkhaqqı 1 267 manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% çoxdur. Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb. 
 
Bu məbləğ iyunda 12 68 manat təşkil etmişdi. 
 
Cari ilin ilk yeddi ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin uyğun dövrü ilə müqayisədə  8,3 % artaraq 1002,4   manat təşkil edib.
 
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.

Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6 % böyüyəcəyini proqnozlaşdırır.
 
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır.

 
Aytac 


www.anews.az
Seçilən
7
anews.az

1Mənbələr