AZ

Co Bayden vəzifəsini tərk etməzdən əvvəl Ukraynanın NATO-ya üzv olmaq təklifini irəli sürə bilər

Financial Times (FT) nəşri xəbər verir ki, ABŞ prezidenti Co Bayden 2025-ci ilin yanvarında vəzifəsini tərk etməzdən əvvəl Ukraynanın NATO-ya üzv olmaq təklifini irəli sürə bilər.

Nəşr Bayden və Vladimir Zelenski arasında sentyabrda Vaşinqtonda baş tutan danışıqlar barədə məlumatlı mənbəyə istinadən yazır. FT aydınlaşdırır ki, Co Baydenin ABŞ prezidenti kimi Avropaya son səfəri oktyabrın 12-nə planlaşdırılan Ukrayna üzrə Təmas Qrupu ölkələrinin liderlərinin görüşü ola bilər.

Bununla belə, adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmur hesab edir ki, NATO-ya tam üzvlükdən başqa heç nə yetərli həll yolu olmayacaq. “NATO-ya dəvət alsaq belə, bunun heç bir mənası olmayacaq. Bu, siyasi qərardır”, o bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Ukrayna prezidenti Vladimir Zelenski ölkənin NATO-ya üzv olması üçün ərizə təqdim edib. 2024-cü ilin yanvarında “Foreign Policy” qəzeti yazıb ki, ABŞ və Almaniya hakimiyyəti Ukraynanın NATO-ya dəvətini təxirə salmaq istəyir. May ayında Almaniya kansleri Olaf Şolz Ukraynanın yaxın 30 ildə NATO-ya üzv olmayacağını etiraf edib. Zelenski Vaşinqtona səfəri zamanı tam məzmunu hələ də bəlli olmayan “qələbə planını” ABŞ hakimiyyətinə təqdim edib. KİV-in məlumatına görə, bura bir neçə məqam,o cümlədən Ukraynanın NATO-ya qəbulu və ya alyans üzvləri kimi ona təhlükəsizlik zəmanətlərinin verilməsi daxildir.

//Samir Qurbanov, Editor.az

Seçilən
16
editor.az

1Mənbələr