AZ

Azərbaycan - Slovakiya: Akkreditasiya üçün qeydiyyat

UEFA Millətlər Liqasında C liqasının qrup mərhələsinin IV turu çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Slovakiya oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri oktyabrın 8-dək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün tələb olunanlar:
 
1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
2. Şəxsiyyət vəsiqəsinin surəti (skan olunmuş);
3. Təmsil etdiyi mətbu orqanın vəsiqəsinin surəti;
4. Vəzifəsi;
5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.
 
 
Yuxarıda qeyd olunanlar 8 oktyabr saat 18:00-a qədər [email protected] ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və [email protected] ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.
Seçilən
46
affa.az

1Mənbələr