Aktual.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən "Skay Nyus Arabia” telekanalı məlumat yayıb.
"Livan ordusunun komandanlığı ilə əlaqə saxladıq və ona hökuməti qeyd-şərtsiz atəşkəsi qəbul etməyə inandırmağın vacibliyini bildirdik”, - mənbə bildirib.
Qeyd edək ki, İsrail ordusu ötən gün Livanın cənubunda lokal quru əməliyyatına başlayıb. Livan ordusu isə sərhəddən 5 km geri çəkilib.